N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ürcüstanın Milli Kommunikasiyalar Komissiyasının sədri vəzifəsindən gedib

26-yanvar-2026
Turan Hüseynli
ürcüstanın Milli Kommunikasiyalar Komissiyasının sədri vəzifəsindən gedib
Yazı Ölçüsü:
Gürcüstanın Milli Kommunikasiyalar Komissiyasının (ComCom) sədri Kaxa Bekaurinin 12 illik səlahiyyət müddəti başa çatıb və o, vəzifəsini tərk edib.
"PostMedia" xəbər verir ki, bu barədə BMG media platforması məlumat yayıb.
Bekauri 2017-ci ildə Komissiyanın sədri təyin olunmuş və iki müddət ərzində quruma rəhbərlik etmişdi. Komissiya üzvü vəzifəsində onu “Gürcü Arzusu”nun sabiq deputatı Qoqа Qulordava əvəz edib. Yeni sədrin seçkisi 29 yanvar tarixində keçiriləcək.
Kaxa Bekauri Komissiyaya 2014-cü ildə üzv kimi qoşulub, 2017-ci ildən isə sədr postunu tutub. Qeyd olunur ki, 2023-cü ildə keçirilən son seçkilərdə Bekaurinin rəqibi olmayıb.
Kaxa Bekauri 1969-cu ildə anadan olub. O, Tbilisi Dövlət Universitetinin Kibernetika və Tətbiqi Riyaziyyat fakültəsinin məzunudur. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub.
2000–2002-ci illərdə “SakteleRadioMauçqebloba”da maliyyə üzrə sədr müavini, 2004–2005-ci illərdə Gürcüstan İctimai Yayımçısında sədrin birinci müavini vəzifələrində çalışıb.
2005–2010-cu illərdə Other Entertainment Limited şirkətinin baş direktoru olub. Daha sonra “Maestro” telekanalının baş direktoru kimi 2011-ci ilədək fəaliyyət göstərib, 2012-ci ilin mart–dekabr aylarında isə “9-cu Kanal”a rəhbərlik edib.
Gürcüstanın Milli Kommunikasiyalar Komissiyasının əsas fəaliyyət istiqamətləri yayım və elektron kommunikasiya sahəsində inhisarın qarşısının alınması, rəqabətin təşviqi, şəffaf tənzimləyici mühitin yaradılması, müasir texnologiyaların tətbiqinin dəstəklənməsi və istehlakçı hüquqlarının qorunmasından ibarətdir.
Kateqoriyalar