N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Donald Tramp İlham Əliyevə təşəkkür edib

24-yanvar-2026
Turan Hüseynli
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Azəbaycan Lideri İlham Əliyevə və Ermənistanın Baş nazii Nikol Paşinyana təşəkkür edib.
"PostMedia" xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib:
"Keçən ilin avqust ayında imzaladığımız Sülh Sazişinə sadiq qaldıqları üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm. Bu, mənim son qoyduğum 8 müharibədən biri olan amansız bir müharibə idi, lakin indi biz rifah və sülh şəraitindəyik.
Fevral ayında Vitse-prezident Vens sülh səylərimizi daha da möhkəmləndirmək və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) inkişaf etdirmək məqsədilə hər iki ölkəyə səfər edəcək.
Biz Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcək, Ermənistanla dinc məqsədli nüvə əməkdaşlığına dair mühüm saziş imzalayacaq, möhtəşəm yarımkeçirici istehsalçılarımız üçün sövdələşmələr həyata keçirəcək və Azərbaycana zirehli jiletlər, katerlər və digər bu kimi "Made in USA" markalı müdafiə avadanlıqlarının satışını reallaşdıracağıq".


Kateqoriyalar