N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İlon Mask siyasətə qayıdır - KİV

23-yanvar-2026
Turan Hüseynli
İlon Mask siyasətə qayıdır - KİV
Yazı Ölçüsü:
Amerikalı iş adamı və milyarder İlon Mask ABŞ-də aralıq seçkilərə hazırlıq fonunda ölkənin siyasi həyatında daha fəal iştirak etməyi planlaşdırır.
"PostMedia" xəbər veirr ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Respublikaçılar Partiyasının nümayəndələri, o cümlədən ABŞ-ın vitse-prezidenti Cey Di Vens Maskla əlaqə saxlayaraq, Nümayəndələr Palatası və Senatda minimal çoxluğu qorumaq uğrunda mübarizədə respublikaçılara dəstək verməsini xahiş ediblər.
Qəzetin mənbələri bildiriblər ki, milyarder 2024-cü ildə ABŞ-ın hazırkı prezidenti Donald Trampın prezidentlik kampaniyasını dəstəkləmək üçün yaratdığı "America PAC" təşkilatı vasitəsilə respublikaçıların seçki kampaniyasına maliyyə dəstəyi göstərmək imkanını nəzərdən keçirir.
Məqalədə qeyd olunur ki, bu addımlar Maskın əsasən biznes layihələrinə fokuslandığı dövrdən sonra yenidən siyasi sahəyə qayıtmasından xəbər verə bilər.
ABŞ Konqresinin hər iki palatasına aralıq seçkilər noyabrın 3-nə planlaşdırılıb.
Kateqoriyalar