6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Uitkoff Moskvaya gəlib

22-yanvar-2026
Uitkoff Moskvaya gəlib
Yazı Ölçüsü:

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib.

"PostMedia" xəbər verir, sonuncu dəfə dekabrın 2-də Moskvada olmuş və həmin vaxt Vladimir Putinlə danışıqları beş saat davam etmişdi.

Onun səfəri barədə əvvəlcə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat vermişdi. Putin isə görüşdən öncə bildirib ki, Uitkoff ilə digər məsələlərlə yanaşı, Rusiyanın yanvarın 22-də Donald Tramp tərəfindən yaradıldığı elan edilən **"Sülh Şurası"**na (Council of Peace) verəcəyi töhfəni müzakirə edəcək.

Stiv Uitkoff Moskvaya yenidən Amerika liderinin kürəkəni Cared Kuşnerin müşayiəti ilə gəlib. Ötən il Trampın xüsusi elçisi Rusiyaya altı dəfə səfər edərək, ABŞ tərəfindən Rusiya ilə aparılan danışıqlarda əsas vasitəçi statusunu möhkəmləndirib. Tərəflərin sonuncu görüşü dekabrın 2-də Kremldə baş tutmuşdu; həmin vaxt beş saat davam edən danışıqlar tamamilə Ukrayna münaqişəsinin tənzimlənməsinə dair Amerika planına həsr olunmuşdu.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031