N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin zəng edəndə ona dedim ki, Ermənistan-Azərbaycan münaqişəsinə görə narahat olmasın - Tramp

22-yanvar-2026
Turan Hüseynli
Putin zəng edəndə ona dedim ki, Ermənistan-Azərbaycan münaqişəsinə görə narahat olmasın - Tramp
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə aralarında olan telefon danışığının bəzi detallarını açıqlayıb.

PostMedia” DW-yə istinadən xəbər verir ki, Tramp Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki rolundan bəhs edib.

“Vladimir Putin mənə zəng etdi və dedi: “Sizin bu münaqişəni (Ermənistan-Azərbaycan münaqişəsini – red.) həll etdiyinizə inana bilmirəm’. Bu münaqişə 35 il davam etdi, mən isə onu bir gündə həll etdim”.

Tramp həmçinin Putinin bu məsələdə uğursuzluğunu vurğuladığını iddia edib:

“Putin mənə dedi ki, mən 10 il bu münaqişə üzərində işləmişəm, lakin onu həll edə bilməmişəm. Mən isə ona dedim: “Mənə bir yaxşılıq et, öz müharibəni (Ukraynanı nəzərdə tutur – red.) həll etməyə fokuslan. Bu münaqişəyə görə narahat olma”.

Kateqoriyalar