6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin və Uitkoff sabah görüşəcəklər

21-yanvar-2026
Putin və Uitkoff sabah görüşəcəklər
Yazı Ölçüsü:

"Ağ Ev"in xüsusi elçisi Stiv Uitkoff cümə axşamı günü Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Biz cümə axşamı günü Putinlə görüşə getməliyik", — deyə Uitkoff bildirib.

Uitkoff "Bloomberg"ə verdiyi müsahibədə bildirib ki, son həftələrdə Ukraynadakı münaqişənin tənzimlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub. Görüşdə həmçinin ABŞ prezidentinin kürəkəni Cared Kuşner də iştirak edəcək. Amerika nümayəndə heyəti Kiyevə təhlükəsizlik zəmanətlərini müzakirə etmək və münaqişənin dayandırılması ilə bağlı planların layihələrini təqdim etmək niyyətindədir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930