6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

“Siz əsl liderlik nümunəsi göstərdiniz” – Vens Əliyev və Paşinyana xüsusi təşəkkür etdi

19-fevral-2026
Türkan Nəbi
“Siz əsl liderlik nümunəsi göstərdiniz” – Vens Əliyev və Paşinyana xüsusi təşəkkür etdi
Yazı Ölçüsü:

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Sülh Şurasının ilk iclasında Ermənistan və Azərbaycanın rəhbərlərinə xüsusi təşəkkürünü bildirib.

"PostMedia" xəbər verir ki, bunu o, Sülh Şurası Sammitində çıxışı zamanı deyib.

“Bu, hamınızın gördüyü inanılmaz bir işdir. Bu gün burada toplaşan, gələcəyə və sülhə sərmayə qoyan bütün liderlərə təşəkkür edirik. Tərəfdaşlığınıza görə minnətdarıq. Xüsusilə, keçən həftə görüşdüyüm Azərbaycan prezidentinə və Ermənistanın baş nazirinə bunu mümkün etdiyiniz və əsl liderliyin nəyə qadir olduğunu göstərdiyiniz üçün təşəkkür edirəm. Siz silahları, qətlləri və dağıntıları bir kənara qoyub xalqınıza və rifaha sərmayə yatırdıqda, bu, böyük nəticələr yarada bilər. Buna görə hər ikinizə etdiklərinizə görə təşəkkür edirəm. Hesab edirəm ki, siz əla liderlik nümayiş etdirdiniz”, – deyə Vens bildirib.

Kateqoriyalar