6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

29-yanvar-2026
Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub
Yazı Ölçüsü:

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
"PostMedia" bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.

Azərbaycan Respublikasının hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031