NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yenidən görüşməkdən məmnundur.
"PostMedia" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
"Azərbaycan NATO üçün yüksək qiymətləndirilən tərəfdaşdır. Biz tərəfdaşlığımızın daha da möhkəmləndirilməsini, Ermənistan və Azərbaycan arasındakı sülh prosesinin regionun sabitliyi üçün üstünlüklərini, habelə avroatlantik və qlobal təhlükəsizliyin daha geniş çağırışlarını müzakirə etdik", — deyə Şekerinska qeyd edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
