N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Lufthansa" sərnişinlərə "Starlink"dən pulsuz internet təklif edəcək

22-yanvar-2026
Turan Hüseynli
"Lufthansa" sərnişinlərə "Starlink"dən pulsuz internet təklif edəcək
Yazı Ölçüsü:
Almaniyanın "Lufthansa" aviaşirkəti 2026-cı ilin ikinci yarısından etibarən öz donanmasını "Starlink"in sürətli internet cihazları ilə təchiz etməyə başlayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Lufthansa" nümayəndələri məlumat verib. Planlaşdırılır ki, 2029-cu ilə qədər daşıyıcının bütün 850 təyyarəsində "Starlink" əlçatan olsun.
Bu xidmət "Lufthansa Group"a daxil olan bütün aviaşirkətlərin (o cümlədən Swiss, Austrian, Brussels Airlines və Eurowings) sərnişinləri üçün pulsuz olacaq. DW-nin məlumatına görə, sərnişinlər sadəcə öz "Travel ID" məlumatları ilə sistemə daxil olmalıdırlar.
Hakim koalisiyanın tərkibində olan Sosial Demokrat Partiyası (SPD) "Lufthansa" ilə İlon Maskın şirkəti arasındakı müqaviləni kəskin tənqid edib. Onlar hesab edirlər ki, bu addım aviaşirkəti "Maskın texnologiyalarından" və Amerika İT şirkətlərindən asılı vəziyyətə salacaq ki, bu da Avropanın suverenliyinə ziddir. SPD-nin nəqliyyat ekspertləri qeyd edirlər ki, təyyarədə internet xidmətlərini "Deutsche Telekom" vasitəsilə təmin etmək daha yaxşı olardı.
"Die Welt" nəşri isə bu ideyanı şübhəli hesab edir: "Starlink"in artıq 9000-dən çox peyki var və "Deutsche Telekom"un onlara ciddi rəqib olması ehtimalı aşağıdır.
CDU-nun rəqəmsal texnologiyalar naziri Karsten Vildberqer də eyni fikirdədir: Avropa öz peyk xidmətlərini inkişaf etdirməlidir, lakin hazırda "Starlink"lə rəqabət apara biləcək heç bir şirkət yoxdur. "Business Insider" qeyd edir ki, 2025-ci ilin payızında jurnalistlər artıq Maskla əməkdaşlıq edən "Qatar Airways" təyyarəsində "Starlink"i sınaqdan keçiriblər. Təyyarədə maksimal qoşulma sürəti 215 Mbit/s təşkil edib. Məsələn, "Air Baltic" və "Air France" artıq "Starlink"dən istifadə edir, "British Airways" isə eyni addımı atmağı planlaşdırır.
Kateqoriyalar