6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Honda" "Super One" idman tipli “kei” avtomobilinin satışına başlayacaq

23-fevral-2026
"Honda" "Super One" idman tipli “kei” avtomobilinin satışına başlayacaq
Yazı Ölçüsü:
"Honda Motor" şirkəti bir neçə həftə ərzində "Super One" idman tipli “kei” avtomobilinin satışına start verəcək.
"PostMedia" xəbər verir ki, yeni model yalnız elektrik mühərriki ilə təchiz olunub.
"Super One"un sınaq prototipi 2025-ci ilin oktyabrında təqdim edilmişdi.
"Drom.ru"nun məlumatına görə, yeni model standart "N-One e"dən fərqlənir: xüsusi "Boost drive" rejimi əlavə olunub ki, bu da elektrik mühərrikinin gücünü artırmaq imkanı verir. Bundan başqa, daxili sistemin proqram təminatı artıq mühərrik səsləri və transmissiya imitasiya funksiyasını da əhatə edir. Asqı sistemi sərtləşdirilib, çərçivələr və qanadlar genişləndirilib.
Elektrik avtomobil 15 düymlük yüngül metal disklərlə, unikal dizaynla təchiz olunub.
"Honda" artıq "Super One"un gələcək istehsal versiyasının şəkillərini yayımlayıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930