2025-ci ildə Gürcüstanda xarici kapitalın iştirakı ilə qeydiyyatdan keçən biznes subyektlərinin üçdə birindən çoxu Rusiya vətəndaşlarına məxsus olub.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin (SAKSTAT) məlumatlarına istinadən yerli media yazır.
SAKSTAT-ın məlumatına görə, 2025-ci ildə Gürcüstanda xarici kapitalın iştirakı ilə ümumilikdə 20 802 biznes subyekti qeydiyyatdan keçib. Onlardan 7 643-ü Rusiya, 1 960-ı Hindistan, 1 915-i isə Belarus vətəndaşlarının adına rəsmiləşdirilib.
Azərbaycan vətəndaşları da Gürcüstanda biznes açan xarici ölkə vətəndaşlarının TOP-10 siyahısına daxil olub. Bu siyahıda həmçinin Türkiyə, Pakistan, İsrail, Almaniya və Çin vətəndaşları yer alır.
Hazırda Gürcüstanda ümumilikdə 1,1 milyon biznes subyekti fəaliyyət göstərir ki, onların 71,7 mini məhz 2025-ci ildə qeydiyyatdan keçib.
Qeyd olunur ki, Gürcüstanda biznesin qeydiyyatı proseduru olduqca sadədir və ölkə daxilində bu proses cəmi bir gün çəkir. Ən asan formada fərdi sahibkar kimi qeydiyyatdan keçmək mümkündür – bunun üçün sadəcə fəaliyyət növü üzrə kod göstərilməklə ərizə təqdim etmək kifayətdir. MMC və ya ASC yaratmaq üçün isə şirkətin nizamnaməsinin təqdim olunması tələb olunur.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
