—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Financial Times": "Macarıstan Aİ-nin Ukraynaya ayırmaq istədiyi 90 milyard avroluq krediti bloklayıb"

20-fevral-2026
Turan Hüseynli
"Financial Times": "Macarıstan Aİ-nin Ukraynaya ayırmaq istədiyi 90 milyard avroluq krediti bloklayıb"
Yazı Ölçüsü:

Macarıstan Avropa İttifaqının Ukraynaya ölkənin maliyyə vəziyyətini sabitləşdirmək üçün nəzərdə tutulan 90 milyard avroluq kredit ayırmasını əngəlləyib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Financial Times" dörd mənbəyə istinadən yazır.

Bildirilir ki, Macarıstanın Aİ-dəki səfiri Kiyevə kreditin Aİ büdcəsi ilə təminatlı istiqrazların buraxılması yolu ilə verilməsinə mane olub.

Qeyd olunur ki, Aİ liderləri bu kreditlə bağlı razılığa ötən ilin dekabrında gəliblər. Macarıstan, Slovakiya və Çexiya Ukraynaya yalnız o şərtlə yardım etməyə razılaşıblar ki, kreditin qaytarılması və faiz ödənişlərinə görə məsuliyyət daşımayacaqlar. Bununla belə, Avropa Komissiyasına Aİ büdcəsinin ehtiyat mexanizmindən istifadə etməyə imkan verən qərarın qəbul edilməsi üçün hələ də yekdil razılıq tələb olunur.

"Financial Times" vurğulayır ki, Macarıstanın vetosu həmçinin Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün nəzərdə tutulan 8 milyard avroluq proqramını da risk altına salır, çünki bu proqram Aİ kreditindən asılıdır. Nəşrin yazdığına görə, Budapeştin mövqeyi ölkədə keçiriləcək aprel seçkiləri ilə bağlıdır və baş nazir Viktor Orban seçkilər ərəfəsində anti-Ukrayna ritorikasını sərtləşdirib.

“Bu kredit olmadan Ukrayna ikinci rübdə maliyyə iflası riski ilə üz-üzə qala bilər”, – deyə qəzet xəbərdarlıq edir.

Xatırladaq ki, daha əvvəl Macarıstan və Slovakiya Ukraynaya dizel yanacağı tədarükünü dayandırmışdı. Buna səbəb Kiyevin “Drujba” boru kəməri ilə Rusiya enerjisinin tranzitindən imtina etməsi olmuşdu. Ukrayna kəmərin Rusiya zərbələri nəticəsində zədələndiyini iddia etsə də, Macarıstan və Slovakiya hakimiyyətləri Kiyevi bu məsələdə qeyri-səmimilikdə günahlandırır.

Kateqoriyalar