"Hazırda dövlət tərəfindən innovasiya ekosistemi ilə bağlı tətbiq edilən güzəştlərdən yararlanan şirkətlərin dövriyyəsi 1 milyard manatı ötüb".
"PostMedia" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Azərbaycan Hakimlərinin II Forumu"nda deyib.
Onun sözlərinə görə, innovasiya ekosistemi ilə bağlı 2022-ci ilin sonlarından artıq bu sahədə dövlət tərəfindən güzəştlər müəyyənləşmiş və demək olar Azərbaycanın hər bir guşəsində əyləşməklə bu güzəştlərdən istifadə etmək imkanı təsbit olunub:
"Hazırda bu imkanlar hesabına Azərbaycanda 165 bilavasitə İT sahəsi ilə məşğul olan şirkətlər rezident kimi qeydiyyata alınmışdır və burda maraqlı fakt ondan ibarətdir ki, şirkətlərin illik dövriyyəsi illik 1 milyard manatı keçib".
