Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketi çərçivəsində 42 tankeri qara siyahıya salmağı və ilk dəfə olaraq üçüncü ölkələrin — İndoneziya və Gürcüstanın limanlarına Rusiya nefti ilə bağlı fəaliyyətlərə görə sanksiyalar tətbiq etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə Reuters agentliyi Aİ-yə üzv dövlətlərin təsdiqi üçün Avropa Komissiyasına təqdim olunmuş sənədə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, sanksiyalar Gürcüstandakı Kulevi terminalına və İndoneziyadakı Karimun limanına şamil ediləcək. Bundan əlavə, Aİ-nin Tacikistan, Laos və Qırğızıstan banklarına qarşı sanksiyalar tətbiq etməyi, eyni zamanda iki Çin bankına qarşı sanksiyaları ləğv etməyi planlaşdırdığı bildirilir.
Avropa Komissiyası daha əvvəl bəyan etmişdi ki, 20-ci paket çərçivəsində ilk dəfə olaraq Rusiya neftinin dəniz yolu ilə daşınması ilə bağlı istənilən fəaliyyətə tam qadağa qoymağa cəhd ediləcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
