6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Tesla" "Model S" və "Model X" elektrik avtomobillərinin istehsalını dayandırır

29-yanvar-2026
"Tesla" "Model S" və "Model X" elektrik avtomobillərinin istehsalını dayandırır
Yazı Ölçüsü:

"Tesla"nın baş icraçı direktoru İlon Mask "Model S" və "Model X" elektrik avtomobillərinin istehsalının dayandırıldığını açıqlayıb.

"PostMedia" xəbər verir ki, Mask bu modellərin istehsalının başa çatması barədə 2026-cı ilin ikinci rübündə investorlarla keçirilən telefon konfransı zamanı məlumat verib.

Onun sözlərinə görə, bu avtomobillərin istehsal edildiyi Kaliforniya ştatının Fremont şəhərindəki zavod "Optimus humanoid" robotlarının istehsalı üçün yenidən təchiz ediləcək.

"Tesla" "Model S" və "Model X" modellərinin istehsalının dayandırıldığını 2025-ci ilin sonunda şirkətin mənfəət və satış həcmlərində qeydə alınan ciddi azalma fonunda elan edib. CNN-in qeyd etdiyinə görə, Maskın siyasi fəallığı və ABŞ Prezidenti Donald Trampla əməkdaşlığı bəzi amerikalı və avropalı istehlakçılar arasında "Tesla"nın imicinə mənfi təsir göstərib.

Bununla belə, CNN yazır ki, "Model S" və "Model X"dən imtina "Tesla"nın ümumi satışlarına ciddi təsir etməyəcək, çünki bu modellər ümumi satışların təxminən 3 faizini təşkil edir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930