6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Toyota" 2025-ci ildə rekord sayda avtomobil satıb

29-yanvar-2026
"Toyota" 2025-ci ildə rekord sayda avtomobil satıb
Yazı Ölçüsü:

Yapon avtomobil istehsalçısı "Toyota Motor" 2025-ci ildə dünya üzrə rekord həcmdə avtomobil satıb.

"PostMedia" xəbər verir ki, bu barədə şirkətin illik maliyyə hesabatında qeyd olunub.

Məlumata görə, "Daihatsu" və "Hino Motors" markalarını da əhatə edən qrup 2025-ci ildə qlobal miqyasda 11,32 milyon avtomobil satıb. Satışlar illik müqayisədə 4,6% artıb.

"Toyota Motor" avtomobil satışlarının həcminə görə ardıcıl altıncı il dünya lideri olub və ötən il 8,98 milyon avtomobil satan Almaniyanın "Volkswagen" şirkətini bir daha qabaqlayıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930