Gürcüstanda fəaliyyət göstərən bütün enerji şirkətlərinin cəroimələri silinəcək və yalnız şirkət öz öhdəliklərini yerinə yetirməzsə bərpa olunacaq.
"PostMedia" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin jurnalistlərə açıqlamasında deyib.
Gürcüstan hökumətinin qərarına əsasən, energetika sektorunda fəaliyyət göstərən bütün şirkətlərə dövlət qarşısında yığılan cərimələrin ümumi məbləği 1 milyard laridir və bu cərimələr konkret şərtlərlə silinməlidir.
“Cərimələr hər bir enerji şirkətinə tamamilə silinəcək və yalnız şirkət öz öhdəliklərini yerinə yetirməzsə bərpa olunacaq. Hər kəs üçün, seçmə olmadan, bu cərimələr silinəcək və bu qərarı fərqləndirən məhz budur – heç bir fərqləndirmə olmayacaq. Bu qərar hər bir şirkətə şamil edilir.”
Baş nazirin sözlərinə görə, cərimələrin silinməsi iki məqsədə xidmət edir. Onlardan biricisi şirkətlərə enerji layihələrini həyata keçirmək prosesində maliyyə baryeri aradan qaldırılmalıdır.
İkincisi isə şirkətlər planlaşdırılan layihələri müvafiq vaxtlarda həyata keçirməyə maksimum motivasiya ilə sahib olmalıdır.
Əgər şirkətlər yenilənmiş müddətləri pozarsa, onlara yeni yığılan borclar və cərimələr tam ödənilməlidir, həmçinin əvvəlcə silinmiş cərimələr də bərpa olunur.
Xatırladaq ki, Gürcüstanın iqtisadiyyatında mühüm rol oynayan şirkətlərdən biri də Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) törəmə şirkəti "SOCAR Georgia"dır. Şirkətin cəriməsi haqqında məlumat verilmir.