6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Nikol Paşinyan: "TRIPP layihəsi hər şeydən əvvəl investisiya layihəsidir"

21-yanvar-2026
Nikol Paşinyan: "TRIPP layihəsi hər şeydən əvvəl investisiya layihəsidir"
Yazı Ölçüsü:


"TRIPP layihəsi əhəmiyyətli siyasi diqqət qazanıb, bu da şübhəsiz ki, yaxşı bir şeydir. Lakin o, hər şeydən əvvəl bir investisiya layihəsidir".

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 21-də parlamentin iclasında deputatların suallarını cavablandırarkən bildirib.

"Başqa sözlə, siyasət tədricən ikinci plana keçir, investisiya proqramı isə ön plana çıxır", — deyə Paşinyan vurğulayıb.

TRIPP layihəsinin Arazdəyənə (Yerasx) çatmamasından duyulan narahatlıqlara gəlincə, Paşinyan xatırladıb ki, cəmi ötən həftə Azərbaycan və Ermənistan nümayəndələri Arazdəyən-Sədərək sahəsinə baş çəkib və dəmir yolunun vəziyyətini yoxlayıblar.

"Onlar mövcud vəziyyəti niyə öyrənirlər? Dəmir yolu hərəkətini bərpa etmək üçün", — deyə Baş nazir qeyd edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930