6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Putin "Sülh Şurası"na dondurulmuş aktivlərdən 1 milyard dollar köçürməyi təklif edib

21-yanvar-2026
Putin "Sülh Şurası"na dondurulmuş aktivlərdən 1 milyard dollar köçürməyi təklif edib
Yazı Ölçüsü:

Rusiya ABŞ-da dondurulmuş vəsaitləri hesabına Donald Trampın "Sülh Şurası"na 1 milyard dollar yönəltməyə hazırdır.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Biz ABŞ-ın əvvəlki administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərindən 'Sülh Şurası'na 1 milyard dollar yönəldə bilərik", — deyə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclasda bildirib.

Bundan əvvəl "Bloomberg" agentliyi məlumat vermişdi ki, ABŞ hakimiyyəti Qəzza sektoru üzrə beynəlxalq "Sülh Şurası"nda daimi yer almaq istəyən ölkələrdən ən azı 1 milyard dollar üzvlük haqqı tələb edir.

Rusiya lideri təsdiqləyib ki, Moskva Prezident Trampdan "Sülh Şurası"na qoşulmaq barədə şəxsi dəvət alıb. O, Xarici İşlər Nazirliyinə daxil olan sənədləri öyrənməyi və Rusiyanın strateji tərəfdaşları ilə məsləhətləşmələr aparmağı tapşırıb: "Yalnız bundan sonra bizə göndərilən dəvətə cavab verə biləcəyik".

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031