N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Mirzoyan TRIPP layihəsində Azərbaycanın iştirakı məsələsinə aydınlıq gətirib

21-yanvar-2026
Turan Hüseynli
Mirzoyan TRIPP layihəsində Azərbaycanın iştirakı məsələsinə aydınlıq gətirib
Yazı Ölçüsü:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə TRIPP (Trans-Regional İnfrastruktur Tərəfdaşlıq Layihəsi) sənədi ilə bağlı müxalifətin ittihamlarını rədd edib.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müxalif deputat Kristine Vardanyan layihə çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinin Ermənistandakı infrastrukturlarda pay sahibi ola biləcəyi barədə narahatlığını ifadə edib. O, ABŞ rəsmilərinin Bakıda oxşar infrastruktur məsələlərini müzakirə etməsini buna sübut kimi göstərib.

Ararat Mirzoyan cavabında deputatı 8 səhifəlik sənədi oxumamaqda ittiham edərək bildirib:

"Görünür, siz TRIPP sənədini oxumamısınız, axı o uzundur - 8 səhifədir. İndi mən oradan bir-iki hissəni tapıb oxuyum. TRIPP çərçivəsində yaradılacaq şirkət prinsipial məsələlərdə Ermənistanın tam nəzarəti altında olacaq. Ermənistanın rəsmi razılığı olmadan hər hansı səhmin satışı və ya başqa ölkəyə (o cümlədən Azərbaycana) ötürülməsi hüquqi baxımdan qeyri-mümkündür. Layihə Ermənistanın suveren hüquqlarını tam qoruyur və müxalifətin iddiaları əsassızdır".

Kateqoriyalar