—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Azərbaycan Aİ-nin qaz idxalında 4-cü yerdədir

13-fevral-2026
Türkan Nəbi
Azərbaycan Aİ-nin qaz idxalında 4-cü yerdədir
Yazı Ölçüsü:
2025-ci ildə Avropa İttifaqı (Aİ) Rusiyadan boru kəməri ilə qaz idxalına 5,8 milyard avro, sıxılmış təbii qaz (STQ) idxalına isə 7,4 milyard avro xərcləyib. Ümumi idxal 13,2 milyard avro təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 13 % azdır.
"PostMedia" xəbər verir ki, 2025-ci ilin dekabrında Aİ ölkələri Rusiyadan STQ-ya 575 milyon avro ödəyib. Ən böyük idxalçılar Fransa (227 milyon avro), İspaniya (145 milyon avro) və Belçika (134 milyon avro) olub. Niderland 40 milyon avro dəyərində STQ alıb. Rusiyadan boru kəməri ilə qaz idxalı isə dekabrda 407 milyon avro təşkil edib.
Boru kəməri ilə qazın Aİ üzrə idxalında Rusiyanın payı 2025-ci ildə 16,3 % olub. Birinci yerdə 27,4 % ilə Əlcəzair, ikinci yerdə 24,9 % ilə Norveç, dördüncü yerdə 12,8 % ilə Azərbaycan qərarlaşıb.
Qeyd edək ki, 26 yanvar 2026-cı il tarixində Aİ Şurası 2027-ci ildən etibarən Rusiyadan SPQ və boru kəməri ilə qaz idxalına tam qadağa tətbiq etməyi təsdiqləyib. Qısa müddətli müqavilələr üzrə SPQ idxalı 25 aprel 2026-cı ildən dayandırılacaq, boru kəməri qazının qısa müddətli müqavilələri isə 17 iyun 2026-cı ilədək başa çatmalıdır.
Azərbaycanın Aİ üçün enerji mənbələri arasında önəmli paya malik olması vurğulanır, 2025-ci ildə Aİ-nin boru kəməri qaz idxalında 4-cü yerdə qərarlaşması ölkənin regiondakı strateji rolunu göstərir.
Kateqoriyalar