—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Hindistan ABŞ-dən neft, müdafiə təyinatlı məhsullar və təyyarələr almağa razılaşıb

03-fevral-2026
Turan Hüseynli
Hindistan ABŞ-dən neft, müdafiə təyinatlı məhsullar və təyyarələr almağa razılaşıb
Yazı Ölçüsü:

Hindistan ABŞ-dən neft, müdafiə təyinatlı məhsullar və təyyarələr almağa, həmçinin ticarət sazişi çərçivəsində xarici tərəfdaşlar üçün ciddi şəkildə qorunan kənd təsərrüfatı sektorunu qismən açmağa razılaşıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters"ə hindistanlı rəsmi bildirib.

“Amerika istehsalı məhsulların alınması öhdəliyi əczaçılıq, telekommunikasiya, müdafiə, neft sənayesi və aviasiya kimi sahələri əhatə edir. Bu proses bir neçə il ərzində mərhələli şəkildə həyata keçiriləcək”, – deyə rəsmi qeyd edib.

Onun sözlərinə görə, ABŞ ilə daha genişmiqyaslı razılaşma yaxın aylarda müzakirə olunacaq.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Hindistanla ticarət sazişi bağlandığını açıqlayıb. Sazişə əsasən, Hindistanın Rusiya neftinin idxalını dayandırması və ticarət maneələrini azaltması müqabilində, hind məhsullarına tətbiq olunan ABŞ gömrük rüsumları təxminən 50%-dən 18%-ə endiriləcək.

Kateqoriyalar