“Brent” markalı xam neftin qiyməti 70 dollara yaxınlaşır
30-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Londonun “InterContinental Exchange” (ICE) birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin yanvar fyuçersləri üzrə 1 bareli 69,59ABŞ dollarına təklif edilib.
“PostMedia” xəbər verir ki, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 2,22 dollar və ya təxminən 3,30 % bahalaşma deməkdir.
Eyni zamanda, Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 65,59 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 2,20 dollar və ya təxminən 3,47 % artım deməkdir.