6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Paşinyan Ermənistan, Azərbaycan və Türkiyə enerji sistemlərinin birləşdirilməsini məqsədəuyğun sayır

29-yanvar-2026
Paşinyan Ermənistan, Azərbaycan və Türkiyə enerji sistemlərinin birləşdirilməsini məqsədəuyğun sayır
Yazı Ölçüsü:

“Düşünürəm ki, Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsi məqsədəuyğun olar”.

"PostMedia" xəbər verir ki, bunu yanvarın 29-da jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq miqyasda güclü enerji ixracatçısına çevirə bilər. “Bu, eyni zamanda yeni təhlükəsizlik arxitekturasının əsasına çevriləcək”, – deyə Paşinyan əlavə edib.

O qeyd edib ki, hazırda həm Ermənistanın, həm də Azərbaycanın artıq enerji gücləri mövcuddur və bu, qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Baş nazirin izahına görə, Ermənistan Azərbaycan infrastrukturundan istifadə etməklə daha geniş ixrac bazarlarına çıxmaqda maraqlıdır, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə Naxçıvana və digər istiqamətlərə elektrik enerjisi tranzitini həyata keçirə bilər.

Paşinyanın sözlərinə görə, birbaşa ticarətlə yanaşı, bu layihə respublikaya tranzit haqlarından əldə edilən sabit gəlirlər təmin edəcək ki, bu da həm dövlət büdcəsini, həm də özəl şirkətlərin hesablarını artıracaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930