6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Qazaxıstanın ən böyük neft yatağı fevralın 7-də hasilatın yalnız dörddə birini bərpa edəcək

27-yanvar-2026
Qazaxıstanın ən böyük neft yatağı fevralın 7-də hasilatın yalnız dörddə birini bərpa edəcək
Yazı Ölçüsü:
Qazaxıstanın ən nəhəng neft yatağı olan engiz"də fevralın 7-nə qədər hasilatın normal səviyyəsinin yarısından az hissəsinin bərpa ediləcəyi gözlənilir. "PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, yataq baş vermiş yanğın və elektrik kəsilməsindən sonra çox yavaş bərpa olunur.
Dünyanın ən böyük neft yataqlarından biri olan Tengizdə işlərin dayanması Qazaxıstan üçün növbəti ağır zərbədir. Belə ki, son aylarda ölkənin əsas ixrac marşrutları Ukrayna pilotsuz təyyarələrinin donanmaya hücumları səbəbindən tez-tez fasilələrlə üzləşib
Yanvarın 18-də generatorda baş verən yanğın nəticəsində elektrik enerjisi kəsilib və hasilat dayandırılıb.
"Chevron"un rəhbərlik etdiyi "Tengizchevroil" həm Tengiz, həm də Korolyov yataqlarında hasilatı müvəqqəti dayandırmalı olub.
Qazaxıstan Energetika Nazirliyi Korolyov yatağının fəaliyyətini bərpa etdiyini, Tengizin isə tezliklə işə düşəcəyini bildirsə də, "fors-major" (qarşısıalınmaz qüvvə) rejimi hələ də ləğv edilməyib.
Mənbələrin verdiyi məlumata görə, fevralın 5-nə qədər hasilatın sutkada 33 min metrik ton (təxminən 260 min barel) səviyyəsinə çatacağı proqnozlaşdırılır. Bu isə normal hasilat səviyyəsinin cəmi 26%-ni təşkil edir.ax
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930