N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Avropa İttifaqına “Türk axını” ilə Rusiya qaz tədarükü tarixi maksimuma çatıb

23-yanvar-2026
Turan Hüseynli
Avropa İttifaqına “Türk axını” ilə Rusiya qaz tədarükü tarixi maksimuma çatıb
Yazı Ölçüsü:

“Türk axını” qaz kəməri ilə Rusiyadan Avropa İttifaqına qaz tədarükü tarixi maksimum səviyyəyə yüksəlib. Buna səbəb Avropadakı qaz anbarlarında ehtiyatların aşağı səviyyədə qalması, soyuq hava şəraiti və yanacaq qiymətlərinin artmasıdır.

2026-cı il yanvarın 1-dən 18-dək olan dövrdə “Türk axını” vasitəsilə Aİ-yə Rusiya qazının tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 993 milyon kubmetrə çatıb.

"PostMedia" xəbər verir ki, bu hesablamalar “Vedomosti” qəzetinin Avropa Qaz Ötürmə Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatları əsasında aparılıb.

Qeyd olunan dövrdə gündəlik orta tədarük həcmi 55,2 milyon kubmetr təşkil edib. Bu göstərici yalnız ötən ilin dekabr ayında daha yüksək olub — həmin vaxt gündəlik tədarük 55,9 milyon kubmetrə çatmışdı. Yanvarın 13-dən etibarən isə qaz axını gündəlik 56,7 milyon kubmetr səviyyəsində qalır.

Gündəlik tədarük üzrə bütün dövrlərin ən yüksək göstəricisi isə ötən ilin dekabrın 11-də qeydə alınıb — 56,72 milyon kubmetr.

Kateqoriyalar