N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Hindistan Rusiyadan neft alışını azaldır və Yaxın Şərqə diqqət yetirir - "Reuters"

22-yanvar-2026
Turan Hüseynli
Hindistan Rusiyadan neft alışını azaldır və Yaxın Şərqə diqqət yetirir - "Reuters"
Yazı Ölçüsü:

Hindistanın neft emalı zavodları öz əsas tədarükçüsü olan Rusiyadan uzaqlaşaraq və Yaxın Şərqdən idxalı artıraraq neft idxalı strategiyalarına yenidən baxırlar.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Gözlənilir ki, bu addım Yeni Dehliyə Amerika Birləşmiş Ştatları ilə tarifləri azaldacaq ticarət sazişini təmin etməyə kömək edəcək.

Ukraynada müharibə başlayandan bəri Hindistan Rusiya neftinin dəniz yolu ilə ən böyük alıcısına çevrilmişdi (güzəştli qiymətlər hesabına). Lakin bu ticarət Rusiyanın energetika sektoruna sanksiyalar tətbiq edən Qərb ölkələrinin mənfi reaksiyasına səbəb olub. Onların fikrincə, neftdən əldə edilən gəlirlər müharibənin maliyyələşdirilməsinə kömək edir.

Üç mənbənin verdiyi məlumata görə, Hindistanın neft emalı zavodları ABŞ və Hindistan arasında ticarət sazişinin imzalanmasını sürətləndirməyə yönəlmiş hökumət iclasındakı müzakirələrdən sonra Rusiya neftinin alınmasını azaltmağa başlayıblar.

Kateqoriyalar