6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Ermənistan və Azərbaycanın enerji sistemləri birləşdiriləcək

21-yanvar-2026
Ermənistan və Azərbaycanın enerji sistemləri birləşdiriləcək
Yazı Ölçüsü:

Ermənistan və Azərbaycanın enerji sistemləri birləşdiriləcək.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 21-də parlamentin iclasında deputatların suallarını cavablandırarkən bəyan edib.

O qeyd edib ki, hər iki ölkə həm ixrac, həm də idxal sahəsində bərabər şərtlərlə qarşılıqlı faydalı müqavilələrdən yararlanacaq.

"Ermənistan artıq bu qarşılıqlı faydaların bəzilərini əldə edib. Məsələn, benzinin qiyməti 20% azalıb. Ermənistana buğda idxalı başlayıb. Məgər bu, qarşılıqlı faydalı deyilmi?" — deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycan nümayəndələri Ermənistana öz ərazilərindən keçən dəhlizlər təqdim etdiklərini açıq şəkildə bəyan ediblər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930