İngiltərə Premyer Liqasının 26-cı turunda Londonun “Çelsi” klubu “Lids Yunayted”i qəbul edib və 2:2 hesablı heç-heçə ilə kifayətlənib.
"PostMedia" xəbər verir ki, “Çelsi” 44 xalla 4-cü pillədədir, “Lids Yunayted” isə 30 xalla 15-ci yerdə qərarlaşıb.
“Everton” Liverpulda “Bornmut”un qonağı olub və 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb.
“Everton” 37 xalla 8-ci, “Bornmut” isə eyni xalla 9-cu pillədədir.
“Nyukasl Yunayted” Londonda “Tottenhem”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
“Nyukasl Yunayted” 36 xalla 10-cu, “Tottenhem” isə 29 xalla 16-cı yerdədir.
İngiltərə çempionatı, 26-cı tur
“Çelsi” – “Lids Yunayted” 2:2 (video)
Joao Pedro, 24; Koul Palmer, 58 (pen.) – Lukas Nmeça, 67 (pen.); Noa Okafor, 73
“Everton” – “Bornmut” 1:2 (video)
İliman Ndiaye, 42 (pen.) – Rayan, 61; Amin Adli, 64
Qırmızı vərəqə: Ceyk O’Brayen (“Everton”), 69
“Tottenhem” – “Nyukasl Yunayted” 1:2 (video)
Arçi Qrey, 64 – Malik Tşau, 45+5; Ceykob Remsi, 68
