Londonun “Arsenal” klubu İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb.
"PostMedia" xəbər verir ki, ispaniyalı baş məşqçi Mikel Artetanın rəhbərlik etdiyi komanda yarımfinalda “Çelsi”ni turnirdən kənarlaşdırıb.
Cavab oyununda “Arsenal” 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın əlavə olunmuş 8-ci dəqiqəsində qələbə qolunu alman hücumçu Kay Haverts vurub.
İlk oyunda isə “Arsenal” səfərdə 3:2 hesabı ilə üstün olmuşdu.
Finalın digər iştirakçısı “Mançester Siti” – “Nyukasl Yunayted” cütlüyündə müəyyənləşəcək. İlk görüşdə Mançester təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Cavab oyunu fevralın 4-də Mançesterdə keçiriləcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
