6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

İnfantino: "Rusiyaya tətbiq olunan qadağanın ləğvi məsələsini nəzərdən keçirməyə borcluyuq"

02-fevral-2026
İnfantino: "Rusiyaya tətbiq olunan qadağanın ləğvi məsələsini nəzərdən keçirməyə borcluyuq"
Yazı Ölçüsü:

FIFA-nın Prezidenti Canni İnfantino yaxın vaxtlarda Rusiya yığmalarının beynəlxalq arenaya qayıda biləcəyinə işarə edib.

"PostMedia" bu barədə "Sky News"a istinadən xəbər verir.

“Rusiyaya qarşı qadağanın ləğvi məsələsini nəzərdən keçirməyə borcluyuq. Bu qadağa heç nə vermədi, yalnız məyusluq və nifrət yaratdı. Rusiyalı oğlan və qızların Avropanın digər ölkələrində futbol oynamaq imkanı yalnız fayda verərdi.

Nizamnamədə siyasi səbəblərlə heç bir ölkənin futboldan kənarlaşdırıla bilməyəcəyini təsbit etmək lazımdır”.

Qeyd edək ki, 2022-ci ilin fevralından etibarən Ukraynada Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatları səbəbindən Rusiya yığmaları və klubları beynəlxalq rəsmi turnirlərdə iştirak hüququndan məhrum edilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930