Qarşılaşmanın ilk hissəsi "Liverpul"un 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Komandalar bu hesabla fasiləyə yollanıb. "Qarabağ" hələlik ümumi reytinqdə 22-cidir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" və Azərbaycanın "Qarabağ" klubu arasında qarşılaşma başlayıb.
"PostMedia" xəbər verir ki, Bakı vaxtı ilə 00:00-da başlayan yarış Enfild stadionunda keçirilir.
"Liverpul"un heyətində Alisson Beker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo, "Qarabağ"ın heyətində isə Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina meydana çıxıb.