N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Prezident İlham Əliyev “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edib

22-yanvar-2026
Turan Hüseynli
Prezident İlham Əliyev “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edib
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunu qələbə münasibəti ilə təbrik edib.

PostMedia” xəbər verir ki, bu barədə Prezident özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Azərbaycan çempionuna qarşı baş verən ədalətsizlikdən danışan ölkə başçısı buna baxmayaraq haqq-ədalətin öz yerini tapdığını qeyd edib:

”Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”.

Həmin paylaşımı təqdim edirik:

Kateqoriyalar