N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Avto

Lamborghini yenidən rekordlar qırır

24-yanvar-2026
Türkan Nəbi
Lamborghini yenidən rekordlar qırır
Yazı Ölçüsü:
"Lamborghini" 2025-ci ildə rekord satış göstəricilərinə nail olduğunu açıqlayıb.
"PostMedia" xəbə verir ki, şirkət dünya üzrə 10 747 supermaşın satıb ki, bu da 2024-cü ilin 10 687 göstəricisindən bir az yüksəkdir. Bu, brend üçün yeni zirvədir və maşınlarına olan tələbata dair əlavə təsdiqdir.
Avropa, Yaxın Şərq və Afrika satışlarda ön sıradadır – 4,650 maşın satılıb. Amerika ikinci yerdədir – 3 347 maşın, Asiya və Sakit Okean regionu isə 2,750 maşınla üçüncü yerdədir.
Bu "Lamborghini"nin ilk rekordu deyil: şirkət 2023-cü ildə ilk dəfə 10 000 maşın satışını keçmişdi, o zaman 10 112 maşın satılmışdı. Həmin ilin satış artımı 2022-ci illə müqayisədə 10% olmuşdu.
Hibrid modellər – "Urus SE" və "Revuelto" (ilk seriyalı V12 hibrid supermaşın) – 2025-ci ildə xüsusi diqqət çəkib. Bununla belə, lüks elektrikli maşınlara ümumi maraq hələ də məhduddur və "Lamborghini" tam elektrikli modellərə keçməkdə tələsmir.
Eyni zamanda, şirkət yeni çağırışlarla üzləşib. ABŞ İtaliya istehsalı avtomobillərə 25% gömrük rüsumu tətbiq edib, bu da "Temerario" və "Urus2 modellərinin qiymətinin müvafiq olaraq 7% və 10% artmasına səbəb olub. 2026-cı ilin satışına bunun necə təsir edəcəyi isə hələ aydın deyil.
Lamborghini-nin baş icraçı direktoru Stefan Winkelmann bildirib:
“Bazarın çətin şərtlərinə baxmayaraq, 2025-ci ilin nəticələrindən qürur duyuruq. Bu, "Lamborghini"nin qlobal çətin mühitdə belə fərqlənə bilmə qabiliyyətini təsdiqləyir. Strategiyamız maksimum həcmlərə deyil, davamlı artıma və müştəri gözləntilərinin qarşılanmasına yönəlib”.
Kateqoriyalar