Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti polis departamentinə bağlı Poti şəhər polis bölməsi 1989-cu il təvəllüdlü Ermənistan vətəndaşı S.Ş.-ni qəsdən ağır bədən xəsarəti yetirməkdə şübhəli bilərək saxlayıb.
"PostMedia" bu barədə "Georgia Online"a istinadən xəbər verir.
İlkin araşdırmalar göstərib ki, Poti şəhərində baş verən mübahisədən sonra S.Ş. 1976-cı il təvəllüdlü X.A.-ya kəskin alətlə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Xəsarət almış şəxs tibbi müəssisəyə aparılıb və ona lazımi yardım göstərilir.
İstintaq tədbirlərindən sonra hüquq-mühafizə orqanları S.Ş.-ni hadisədən qısa müddət sonra şübhəli şəxs kimi saxlayıblar.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi əsasında aparılır ki, bu da 7 ilədək həbs cəzasını nəzərdə tutur.