6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Bakı metrosunda qatarın nasazlığına görə 20 dəqiqəyə yaxın yubanma yarandı

29-yanvar-2026
Bakı metrosunda qatarın nasazlığına görə 20 dəqiqəyə yaxın yubanma yarandı
Yazı Ölçüsü:
Bu gün axşam saat 17:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında qatarın nasazlığı səbəbindən 20 dəqiqəyə yaxın yubanma yaranıb.
"PostMedia" xəbər verir ki, bu barədə jurnalist Rəşad Bayramov özünün sosial şəbəkə hesabında qeyd edib:
"Nərimanov" stansiyasında qatar stansiyada 20-dəqiqədən çox nasaz vəziyyətdə qalıb və "Həzi Aslanov" istiqamətindən "Dərnəgül" və "İçərişəhər" istiqamətlərinə reyslər dayanıb".
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə "PostMedia"ya bu faktı təsdiq edib:
"Saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən "Qırmızı" və "Yaşıl" xətlərdə qatarların hərəkətində gecikmələr var.
Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik".
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031