N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Azərbaycanla sərhəddə polisə silahlı hücum olub

28-yanvar-2026
Turan Hüseynli
Azərbaycanla sərhəddə polisə silahlı hücum olub
Yazı Ölçüsü:

Gürcüstanın Kaxeti bölgəsində polis əməkdaşlarına qarşı qrup halında müqavimət göstərmək və zorakılıq tətbiq etməkdə ittiham olunan üç nəfər saxlanılıb.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumat yayıb.

25, 32 və 36 yaşlı kişiləri təqsirləri sübuta yetirilərsə, 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaqla müəyyən edilib ki, cari ilin 27 yanvarında Laqodexi bələdiyyəsinin kəndlərindən birində hüquq-mühafizə orqanları əməkdaşları xidməti vəzifələrini icra edərkən yoxlama məqsədilə üç nəfəri saxlayıblar. Bu zaman şübhəlilər polis əməkdaşlarına müqavimət göstərib, onlara həm şifahi, həm də fiziki təhqir və zorakılıq ediblər.

Hadisə nəticəsində Daxili İşlər Nazirliyinin dörd əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanları hər üç şəxsi hadisə yerində təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə aparılır.

Xatlırladaq ki, Laqodexi Azərbaycanın Balakən rayonu ilə sərhəddə yerləşir.

Kateqoriyalar