6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Ərdoğanın rəsmi mərasimlə qarşıladığı Nigeriya Prezidenti Tinubu yıxılıb

27-yanvar-2026
Ərdoğanın rəsmi mərasimlə qarşıladığı Nigeriya Prezidenti Tinubu yıxılıb
Yazı Ölçüsü:

Türkiyəyə rəsmi səfərə gələn Nigeriya Prezidenti Bola Ahmed Tinubu Ankarada yerləşən Prezident Külliyəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

"PostMedia" xəbər verir ki, mərasim zamanı Mehmetciyi salamlayan Tinubu nazirlərdən ibarət nümayəndə heyətinin olduğu hissəyə doğru irəliləyərkən bir anlıq tarazlığını itirərək yıxılıb. Hadisə gözlənilməz baş verdiyindən prezidentin mühafizəçiləri də onun yerə düşməsinin qarşısını ala bilməyiblər.

Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən şəxslərin köməyi ilə Nigeriya lideri qısa müddətdə ayağa qaldırılıb. Rəsmi məlumatlara görə, Tinubunun səhhəti yaxşıdır və hadisə ciddi fəsadlara yol açmayıb.

Qısa fasilədən sonra rəsmi proqram planlaşdırıldığı şəkildə davam etdirilib. Həmçinin heyətlərin təqdimatı zamanı Prezident Ərdoğanın qonaq prezidentin qoluna girərək ona dəstək olduğu da müşahidə olunub.

Hadisə rəsmi mərasim zamanı baş versə də, Nigeriya Prezidentinin vəziyyətinin stabil olduğu vurğulanır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930