N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstanda evlənmək üçün qız qaçıran azərbaycanlılar həbs edilib

28-yanvar-2026
Admin
Gürcüstanda evlənmək üçün qız qaçıran azərbaycanlılar həbs edilib
Yazı Ölçüsü:

Gürcüstanın hüquq-mühafizə orqanları Marneulidə qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə 22 və 26 yaşlı iki kişini saxlayıblar.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

İstintaqla müəyyən edilib ki, Marneuli bələdiyyəsinin kəndlərindən birində təqsirləndirilən şəxs evlənmək məqsədilə 20 yaşlı qızı qaçırıb, bu işdə ona dostu kömək edib.

Hüquq-mühafizə orqanları hər iki şəxsi cinayəti törətdikdən qısa müddət sonra, isti izlərlə saxlayıblar.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır ki, bu maddə dörd ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, adları açıqlanamyan şəxslərin Marneulidə kompakt yaşayan azərbaycanlılar olduğu deyilir.
Kateqoriyalar