6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Fransada Rusiyadan yola çıxan tanker Marsel limanına göndərilib — AFP

23-yanvar-2026
Fransada Rusiyadan yola çıxan tanker Marsel limanına göndərilib — AFP
Yazı Ölçüsü:
Murmanskdan çıxan və daha əvvəl Fransa hakimiyyəti tərəfindən saxlanılan tanker Fransanın cənubunda yerləşən Marsel-Fo limanına müşayiət olunub.
"PostMedia" xəbər verir ki, bu barədə AFP mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmi yanvarın 24-ü səhər saatlarında limana çatmalıdır.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron Aralıq dənizində Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən tankerin saxlanıldığını açıqlamışdı. Aralıq dənizi üzrə dəniz prefekturası isə Grinch adlı neft tankerinin yoxlanışı zamanı onun milli mənsubiyyəti ilə bağlı qeydiyyat sənədlərində uyğunsuzluqlar aşkar edildiyini bildirib. Ehtimala görə, gəmi limana göndəriləcək və Marsel prokurorluğu araşdırmaya başlayıb.
İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında Rusiya vətəndaşları yoxdur.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930