N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya neft tankerini saxlayıb - Makron

22-yanvar-2026
Turan Hüseynli
Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya neft tankerini saxlayıb - Makron
Yazı Ölçüsü:
Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyadan hərəkət edən neft tankerini ələ keçirərək saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron öz sosial şəbəkə hesablarında məlumat verib.
"Biz heç bir qayda pozuntusuna dözməyəcəyik. Bu gün səhər Fransa HDQ beynəlxalq sanksiyalara məruz qalan və saxta bayraqdan istifadə etməkdə şübhəli bilinən, Rusiyadan gələn neft tankerini saxlayıb", — deyə Makron bildirib.
Aralıq dənizində reallaşan əməliyyat bir neçə müttəfiq dövlətin dəstəyi ilə həyata keçirilib və BMT-nin Dəniz Hüququ Konvensiyasına tam uyğun olaraq icra edilib.
Prezidentin sözlərinə görə, faktla bağlı məhkəmə araşdırması başladılıb və gəmi başqa istiqamətə yönləndirilib.
Makron əlavə edib ki, Fransa beynəlxalq hüququ qorumaqda və sanksiyaların səmərəli tətbiqini təmin etməkdə qərarlıdır: " 'Kölgə donanması'nın fəaliyyəti Ukraynaya qarşı təcavüzkar müharibənin maliyyələşdirilməsinə xidmət edir".
Kateqoriyalar