6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

İnterpol vasitəsilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanılıb

21-yanvar-2026
İnterpol vasitəsilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanılıb
Yazı Ölçüsü:

Batumidə (Acarıstan MR) polis İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan 23 yaşlı Türkiyə vətəndaşını saxlayıb.

"PostMedia" xəbər vei ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs vətənində elektron məlumat emalı sistemlərindən istifadə etməklə törədilmiş dələduzluqda ittiham olunur.

Hazırda həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib və onun ekstradisiya edilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin strukturundakı İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə təşkilatla fəal əməkdaşlıq edir. Bu çərçivədə cinayətkarların beynəlxalq axtarışı koordine edilir, onların tapılıb həbs olunması üçün İnterpolun məlumat bazalarından istifadə olunur və müxtəlif istiqamətlər üzrə informasiya mübadiləsi aparılır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930