6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rəcəb Tayyib Ərdoğan: “Şiddətli qasırğa gəlir”

09-aprel-2025
Rəcəb Tayyib Ərdoğan: “Şiddətli qasırğa gəlir”
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ticarət müharibələrinin bütün ölkələri təsirləndirəcək güclü bir qasırğanın yaxınlaşdığını bildirib.

PostMedia” xəbər verir ki, bu barədə o AKP-nin qrup toplantısında çıxış edərkən deyib.

Lakin o, Türkiyənin bu dövrü asanlıqla keçəcəyinə inandığını vurğulayıb.

R.T.Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) “boykot” çağırışlarına da toxunaraq, Türkiyə xalqının bu çağırışlara əhəmiyyət vermədiyini və iqtisadiyyatı zəiflətmək istəyənlərin uğursuz olduqlarını qeyd edib. O, müxalifətin bütün maneələrinə baxmayaraq, Türkiyənin böyüməyə davam etdiyini bildirib.

CHP lideri Özgür Özelin səsləndirdiyi ifadəsinə cavab verən Ərdoğan, “Xalq sizə dəstək vermir və siz cuntalardan ümid gözləyirsiniz. CHP demək, xunta deməkdir.” deyə bildirib.

Yolsuzluq araşdırmaları ilə bağlı danışan Ərdoğan, qaçaqların ədalətə təslim edildikdə əsas məsələlərin ortaya çıxacağını ifadə edib.

DEM Partiyası ilə görüşü barədə isə Ərdoğan, sabah DEM heyətini qəbul edərək, terrorsuz Türkiyə hədəfinə çatmaq iradəsini təsdiqləyəcəklərini açıqlayıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930