6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Trampın Hörmüz boğazı böhranı ilə bağlı aydın planı yoxdur — WSJ

17-mart-2026
Turan Hüseynli
Trampın Hörmüz boğazı böhranı ilə bağlı aydın planı yoxdur — WSJ
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı qərarları əvvəlcədən hazırlanmış plan olmadan qəbul edir.

"PostMedia" xəbər verir ki, bunu "The Wall Street Journal" nəşrinin jurnalisti Boyan Pançevski deyib.

Jurnalist bildirib ki, "Ağ Ev" ilkin olaraq strateji neft ehtiyatlarından istifadə etməyi planlaşdırmırdı. Lakin Tramp bir neçə saat ərzində mövqeyini dəyişib. Bu isə Pançevskiyə görə, İran tərəfindən boğazın mümkün bağlanmasına ABŞ-nin tam hazır olmadığını göstərir.

Onun sözlərinə görə, ABŞ hərbçiləri prezidentə belə bir ssenari barədə əvvəlcədən xəbərdarlıq etmişdilər. Bu barədə Bild nəşri yazır. Hərbçilər hesab edir ki, İran dəniz minaları, pilotsuz uçuş aparatları və kiçik qayıqlarla gəmiçiliyi çətinləşdirə bilər və buna qarşı mübarizə hətta ABŞ Hərbi Dəniz Qüvvələri üçün də mürəkkəbdir.

Eyni zamanda jurnalist qeyd edib ki, İran hədəflərinə qarşı ABŞ əməliyyatları yüksək dəqiqliklə həyata keçirilsə də, Hörmüz boğazında təhlükəsizlik məsələsi hələ də həll olunmamış qalır.

Pançevski əlavə edib ki, Xarq adasına endirilən zərbələr Tehrana təzyiq göstərmək və boğazın bağlanmasının qarşısını almaq məqsədi daşıya bilər.

Kateqoriyalar