Son günlər İranın ABŞ ilə təmasların bərpa olunması barədə iddiası yalandır və reallığı əks etdirmir.
"PostMedia" xəbər verir ki, bu barədə İran rəsmisi "Tasnim" agentliyinin yaydığı məlumatda qeyd edilir.
“İran Donald Trampın vədlərinə etibar etmir. Çünki o, yalan üzərində oyun quraraq danışıqlar zamanı ən azı iki dəfə İrana hücum edib.
İranın və onun regional tərəfdaşlarının uzunmüddətli milli təhlükəsizlik maraqlarına uyğun olmayan hər hansı razılaşma mümkün deyil. Regiondakı ümumi vəziyyət isə heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, daha əvvəl "Axios" nəşri ABŞ nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa təmasların bərpa olunduğunu iddia etmişdi.
