6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

SEPAH hərbi-dəniz qüvvələri Bəhreindəki ABŞ hərbi-dəniz bazasına iki dalğa zərbə endirib

12-mart-2026
SEPAH hərbi-dəniz qüvvələri Bəhreindəki ABŞ hərbi-dəniz bazasına iki dalğa zərbə endirib
Yazı Ölçüsü:
Bu gün səhər erkən saatlarda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreinin Mina Salman şəhərində yerləşən ABŞ-nin Beşinci donanma bazasına iki dalğa zərbə endirib.
"PostMedia" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, zərbələr güclü raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
İran mətbuatının məlumatına görə, bazanın LEADS hava-müdafiə sistemləri, uzaqdan idarə olunan donanma vahidlərinin anbarları, texniki dəstək mərkəzləri, yanacaq çənləri və ABŞ-nin hərbi toplama məntəqələri dəqiq hədəf kimi seçilib. Bu obyektlər müxtəlif hücum tipli pilotsuz uçuş aparatları, qanadlı raketlər və ballistik raketlərlə vurulub.
Bəyanatda deyilir:
“Allahın iradəsi ilə, Hörmüz boğazı bağlı qalacaq.”
Qeyd edək ki, İranın yeni ali lideri Ayətullah Müctəba Xamenei ilk çıxışında Hörmüz boğazını bağlamağın zəruriliyini vurğulamışdı.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930