6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran BƏƏ-də yerləşən ABŞ hərbi bazasına zərbə endirib

13-mart-2026
Turan Hüseynli
İran BƏƏ-də yerləşən ABŞ hərbi bazasına zərbə endirib
Yazı Ölçüsü:
İran Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən ABŞ hərbi bazasına zərbə endirib.
"PostMedia" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, raketlər "Al Dhafra Air Base" aviabazasındakı hədəflərə doğru buraxılıb.
Eyni zamanda BƏƏ Müdafiə Nazirliyi bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemi İran tərəfindən bu gün buraxılan 7 ballistik raketi və 27 pilotsuz uçuş aparatını məhv edib.
Öz növbəsində Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi də ABŞ hərbi bazalarına yönəlmiş 45 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən ABŞ bazalarına zərbələrinin intensivliyi dəyişməyib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr əsasən İranın paytaxtı Tehran və ölkənin digər iri şəhərlərinə yönəldilmişdi.
Hücumdan dərhal sonra İranın İnqilab Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı başladığını elan edib. Bildirilir ki, İran İsrailə, həmçinin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazalarına raketlər və pilotsuz uçuş aparatları buraxıb.
Bundan əvvəl İsrail və ABŞ-ın hücumları nəticəsində İranın ali dini lideri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin həlak olduğu da bildirilmişdi.
Martın 2-də isə Hizbullah da İsrailə qarşı müharibəyə qoşulduğunu elan edib və bundan sonra İsrail təşkilata qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb.
Kateqoriyalar