İran bu günə qədər məhv etdiyi ABŞ və İsrail silahlarının sayını açıqlayıb
04-mart-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İran bildirib ki, fevralın 28-dən etibarən ABŞ və İsraillə gərginliyin artması fonunda ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri 104 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
"PostMedia" xəbər verir ki, bu məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, İranın milli HHM sistemi "Hermes", "Heron", "Orbiter" və "MQ-9 Reaper" tipli pilotsuz aparatları zərərsizləşdirib. Bundan əlavə, müasir "Hermes" tipli bir PUA zədələnmədən ələ keçirilib və araşdırılması üçün aerokosmik mütəxəssislərə və mühəndislərə təhvil verilib.
İran dövlət televiziyasının məlumatına görə, vurulan Amerika və İsrail istehsalı pilotsuz aparatlarının təxminən 95%-i silah daşıyırdı və İranın müasir HHM sistemləri onları tapşırıqlarını yerinə yetirməzdən əvvəl məhv edib.