6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Pezeşkian Putinə zəng edib

06-mart-2026
Pezeşkian Putinə zəng edib
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

"PostMedia" xəbər verir ki, bu barədə Kremlinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putin hərbi əməliyyatların dərhal dayandırılması, İran ətrafında və bütövlükdə Yaxın Şərq regionunda problemlərin güc yolu ilə həllindən imtina edilməsi və mümkün qədər tez siyasi-diplomatik tənzimləmə yoluna qayıdılması zəruri olduğunu qeyd edib.

Bu kontekstdə Putin bildirib ki, o, Körfəz Əməkdaşlıq Şurasına daxil olan Fars körfəzi ərəb ölkələrinin liderləri ilə daim əlaqə saxlayır.

Tərəflər İran tərəfi ilə müxtəlif kanallar vasitəsilə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930